1:06Loghman - gece başqa bir alemdir
bəyəndinizsə, videonu like edib kanala abone olmaghi unutmayın. Gece Gecə, başqa bir aləmdir Gecə, mənim bəhanəmdir Ürəyimi boşaltmağa Sətir-sətir varaqlara Gedirəm çox uzaqlara Xəyalların ovucunda Bilməm hara?! Gecə, başqa bir aləmdir Alir məni ağuşuna Kədər kimi bir qoşuna düşmən edir Tək başına. Şikayətim yoxdu yenə, Gecə, mənim şəhanəmdir. Zülmət otaq, Soyuq yataq, Qonağımsa, yenə qəm'dir. O sehirli çubuğunu gecə, nə olar mənə dəydir, Uzaq olum dərdlərimdən. Agah olma sirlərimdən Danışmayım. Ürəyimi gizli tutum. Qoy bilməsin heç kəs mənim dərdlərimi Mənə qalsin. Qoy tanısın hamı məni xoşbəxt biri Belə qalsın Dəyişməsin insanların fikirleri Mənə qarşı Gecə, sənsən gözlərimdə görən yaşı Gizli saxla! Sen de ağla! Bir dost kimi, Təsəlli ver ürəyimə. Yadda saxla! Sirdaşım sən, Yoldaşım sən. Gecə, sən də vəfasızlıq edib birdən, atıb məni getmiyəsən!? Tək qalaram, Çox dolaram, Ağlayaram... Duymaz mənim səsimi kimsə, mən yanaram İnan, sənsiz odlanaram ürəyimdən. Gecə, anlayırsan sən məni? 24.12.2014 Loğman Həsənoğlu insta/loghman.hasanoghlu






